CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Əbdül Əl-Səyyid

13:23 17.10.2026

ABŞ-də seçki yarışı qızışır: Namizədə 1 milyon dollarlıq dəstək

70

ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvü Aleksandriya Okasio-Kortez Miçiqan ştatından Senata namizəd Əbdül Əl-Səyyidin seçki kampaniyasına 1 milyon dollar vəsait ayırıb. Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Bildirilib ki, vəsait Əl-Səyyidin seçki kampaniyasını, Demokratlar Partiyasının Senat üzrə seçki komitəsini və Miçiqan Demokrat Partiyasını birləşdirən “Abdul for Michigan Victory Fund” fonduna köçürülüb. Okasio-Kortez bildirib ki, namizədə qarşı yönəlmiş ittiham və qarayaxma kampaniyalarına qarşı mübarizədə bütün imkanlarından istifadə etmək niyyətindədir. “Mən noyabrın 4-də oyanıb Əbdülə qarşı qarayaxmalarla mübarizədə daha çox iş görə bilərdim deyə peşman olmaq istəmirəm. Əlimdən gələn hər şeyi edirəm”, – deyə konqresmen vurğulayıb. Məlumata görə, Okasio-Kortez ilin üçüncü rübündə 4,7 milyon dollar ianə toplayıb. Oktyabr ayının əvvəlinə onun seçki fondunun sərəncamında təxminən 17,4 milyon dollar vəsait olub. Qeyd edək ki, Əbdül Əl-Səyyid Demokratlar Partiyasının Miçiqan ştatında keçirilən ilkin seçkilərində Konqres üzvü Heyli Stivensi məğlub edərək Senata namizədliyini təmin edib. Miçiqandakı seçkilər ABŞ Senatında siyasi qüvvələr arasında balansın müəyyənləşməsi baxımından mühüm yarışlardan biri hesab olunur. Bu arada Okasio-Kortezin adı 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində mümkün namizədlər arasında hallanır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR