CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Şirli Veber

13:27 17.10.2026

ABŞ-də seçki qalmaqalı böyüyür: Trampdan həbs xəbərdarlığı!

58

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kaliforniya ştatının seçki rəsmilərinə xəbərdarlıq edərək, vətəndaşlığı şübhə altında olan şəxslərin səslərinin hesablanmasına görə cinayət məsuliyyətinə cəlb oluna biləcəklərini bildirib. Crossmedia.az xəbər verir ki, bu barədə “Newsmax” telekanalı məlumat yayıb. Bildirilib ki, ABŞ baş prokurorunun səlahiyyətlərini icra edən müavini Trent Makkotter Los-Anceles dairəsinin seçki rəsmilərinə ünvanladığı məktubda federal qurumlar tərəfindən ABŞ vətəndaşı olmadığı müəyyən edilən şəxslərin səslərinin bilərəkdən hesablanmasının cinayətə yardım kimi qiymətləndirilə biləcəyini vurğulayıb. Xəbərdarlıq ABŞ Ədliyyə Nazirliyinin oktyabrın 15-də Kaliforniya ştatına qarşı məhkəmə iddiası qaldırmasından sonra edilib. Nazirlik noyabrın 3-də keçiriləcək seçkilər ərəfəsində ABŞ vətəndaşı olmadığı ehtimal edilən şəxslərin poçt vasitəsilə göndərdikləri bülletenlərin onların vətəndaşlığı təsdiqlənənədək hesablanmasının qarşısını almağa çalışır. Tramp administrasiyası təxminən 20 min nəfərin adının yer aldığı siyahıya istinad edir. Lakin Kaliforniyanın dövlət katibi Şirli Veber federal hökumətin bu şəxslərin səsvermə hüququna malik olmadığını sübut edən kifayət qədər dəlil təqdim etmədiyini bildirib. Məsələ hüquqşünaslar arasında da mübahisələrə səbəb olub. Kaliforniya Universitetinin hüquq professoru Rik Hasen bildirib ki, Ədliyyə Nazirliyinin məktubu seçki rəsmilərini mümkün cinayət təqibi ilə hədələməklə qarşıdurmanı daha da kəskinləşdirir. Loyola Hüquq Məktəbinin professoru, Ədliyyə Nazirliyinin sabiq rəsmisi Castin Levitt isə federal hökumətin hüquqi mövqeyini tənqid edərək, məhkəmələrin indiyədək oxşar arqumentləri qəbul etmədiyini vurğulayıb. Qeyd edək ki, ABŞ qanunvericiliyinə əsasən, federal seçkilərdə yalnız ölkə vətəndaşları səs verə bilər. Bununla belə, Kaliforniya rəsmiləri federal qurumların təqdim etdiyi siyahının dəqiqliyini şübhə altına alırlar.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR