CROSSMEDIA - ABŞ yeni PUA istehsal edəcək
Xarici xəbərlər

ABŞ yeni PUA istehsal edəcək

ABŞ-ın “SkyDefense” şirkəti yeni bir pilotsuz təyyarə istehsal edəcək. Bu pilotsuz təyyarə, “CobraJet” adı ilə tanınacaq və hərbi strategiyada inqilabi bir rol oynayacaq. Şirkət, cihazın gələn ilin ikinci rübündə satışa çıxarılacağını açıqlayıb.

“CobraJet” pilotsuz təyyarəsi, pilotsuz uçan aparatlara (PUA), pilotsuz uçuş aparatlarına və yer robotlarına qarşı universal bir ovçu olaraq hərbi sahədə böyük bir yenilik yaratmağı planlaşdırır. Bu cihaz 5-ci nəsil döyüş təyyarəsi F-35-in miniatür versiyasına bənzəyir. Onun uzunluğu 1,8 metr, qanadlarının eni isə 1,5 metrdir. Sürəti isə saatda 320 kilometrdir. “CobraJet” reaktiv mühərrik simulyatoru ilə təchiz olunub.

Yeni dron süni intellektlə idarə olunur, bu da ona hədəfləri müstəqil şəkildə tapmaq və onlara hücum etmək imkanı verir. O, elektron döyüş sistemlərindən qorunur, infraqırmızı diapazonda da daxil olmaqla, çox aşağı görünmə qabiliyyətinə malikdir və çətin şəraitdə uçuş üçün xüsusi sensorlarla təchiz edilib.

Ehtimal olunur ki, bir neçə “CobraJet” cihazı bir-biri ilə koordinasiya edərək, dəstələrdə birgə fəaliyyət göstərə biləcək.

“CobraJet”in əsas silahı, 30 millimetrlik VIPER yüksək sürətli raketləridir. Yaxın döyüşlərdə isə PYTHON elektrik şok sistemi istifadə olunacaq.

Gülay Qəribova

19:22 17.12.2024

Oxunuş sayı: 3433

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR