Donetskdə avtomobil partladan şəxs saxlanıldı
Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) yerli idarəsi jurnalistlərə məlumat verib ki, dekabrın 9-da Donetsk şəhərinin mərkəzində avtomobilin partladılmasında iştirak edən şəxs yaxalanıb.
FSB-nin bəyanatına görə, hadisə bir nəfərin ölümü, digərinin isə yaralanması ilə nəticələnib və bu əməliyyat Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirilib.
Araşdırmalar göstərib ki, saxlanılan şəxs Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin göstərişi əsasında avtomobilin altına əldəqayırma partlayıcı qurğu yerləşdirib.
07:22 15.12.2024
Oxunuş sayı: 5486