TÜMER və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi və Türkiyənin Tümer Türk Strateji Düşünmə Mərkəzi arasında tərəfdaşlıq haqqında Memorandum imzalanıb. Bu barədə "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən məlumat verilib. Birliyin sədri Şamil Sabiroğlu bildirib ki, Türkiyədə fəaliyyət göstərən Türk Strateji Düşünmə Mərkəzi (TÜMER) ilə Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi arasında tərəfdaşlıq memorandumunun imzalanması olduqca böyük əhəmiyyət daşıyır. Memorandum Azərbaycan həqiqətlərinin, xüsusən də, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması, Türk dünyasının ortaq dəyərlərinin təbliği, birgə layihələrin həyata keçirilməsi və informasiya mübadiləsinin genişləndirilməsi məqsədi daşıyır.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin rəhbəri həmçinin onu qeyd edib ki, bu əməkdaşlıq soyqırımla bağlı tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına və Türk dövlətləri arasında strateji əlaqələrin gücləndirilməsinə töhfə verəcəkdir.
Tümer Türk Strateji Düşünmə Mərkəzinin Rəhbəri Onur Beyhan, Oktay Hacımusalı, həmçinin, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəalları - Tibb elmləri doktoru, Professor Mübariz Allahverdiyev, Əməkdar həkim Taryel Eyvazov, yazıçı-jurnalist Mövsümağa Ədalətoğlu, Birliyin İdarə Heyətinin üzvü Əziz İsmayılov və başqaları imzalanan memorandumun Türk dünyasının birliyi və ədalət mübarizəsi baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.
Memorandumun imzalanma mərasimindən sonra xatirə fotosu çəkilib.
18:35 21.04.2026
Oxunuş sayı: 194