Yənə bir ilk ! Fərqli və yaradıcı sərgi ilə sizinləyik
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Respublikasının əməkdar artisti, bəstəkar Gövhər Həsənzadə, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin rəhbəri Rauf Zeyni, Akademik, sənətçi, xoreoqraf Sebahattin Sivrikaya, əməkdar jurnalist, 2-ci dərəcəli dövlət müşaviri Akif Əli, ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev, Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu, “701 saylı Hərbi Hissənin Veteranları” İctimai Birliyinin sədri, polkovnik Əzizağa Qənizadə, Telejurnalist Günel Gözəlova, peşəkar bələdçi-tərcüməçi Balaş Maqsudbəyli, təhsil işçisi, Şuşa Mədəniyyət Mərkəzinin əməkdaşı İnci Əliyeva, Türkiyədə fəaliyyət göstərən vəkil, sənətçilərin hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış hüquqşünas Şükrü Sarıdərə “SHOW PLUS TV” kanalının direktoru Zamiq Yunisov, İctimai xadim Əli Yunisov, Türkiyədən media nümayəndəsi, ictimai fəal Orhan Çınar, El Pəhləvanları İdman Klubu İctimai Birliyinin sədri Nürəddin Beyləqanlı, Dağıstanın tarix elmləri doktoru Vaqabov Maxaç, kinorejissor Məzahir Həşimov, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev, Dosent, Yazıçılar Birliyinin üzvü Fərqanə Zülfüqarova, Gənclərin Töhfəsi İctimai Birliyinin İdarə Heyətinin üzvü Xəqan Qədimov çıxış edərək sərgi və müəllif haqqında xoş fikirlər səsləndirdi.
Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyəti sosial şəbəkə platformasının solistləri milli musiqimizin incəliyini və zənginliyini yüksək ustalıqla təqdim etdilər. Tarda Rəsul Hacızadə, kamançada Murad İsalı, nağarada Həsən Hacıbalayev ifa ediblər. Proqram “Dad əlindən ay gözəl”, “Güllü qafiyə”, “Aşiqəm”, “Sənin o qara tellərin”, “Tar, kamanım, gəl-gəl”, “Bəh-bəh”, “Sevgili yar” mahnıları ilə davam edib.
10:33 21.04.2026
Oxunuş sayı: 59