Belarus Polşa rəsmisinə nota verib
 
                                            Belarus Xarici İşlər Nazirliyi Polşanın Minskdəki müvəqqəti işlər vəkili Kşiştof Ojanneyə rəsmi nota təqdim edib.
Məlumata görə, bu gün Belarus XİN-ə çağırılan Polşanın müvəqqəti işlər vəkilinə rəsmi nota təqdim edilib.
Daha əvvəl yerli KİV-lər Polşa xüsusi xidmət orqanlarının Moldovadakı Belarus diplomatını 100 min avro müqabilində ələ almağa çalışdığını bildirmişdi.
05:09 12.12.2024
Oxunuş sayı: 12685
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        