Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib
 
                                                 
                                                 
                                                 
                                            31 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar-təlim təşkil edib.
Crossmerdia.az bu barədə Audiovizual Şuraya istinadən məlumat verir.
Bildirilib ki, tədbirdə çıxış edən BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Audiovizual Şura ilə Bakı Dövlət Universiteti arasında hər il uğurla davam etdirilən əməkdaşlığın bu il də tələbələr üçün töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Audiovizual Şuranın fəaliyyət istiqamətləri, audiovizual media subyektləri, həmçinin görülən işlər barədə tələbələrə ətraflı məlumat vermişdir. Taleh Quliyev Şuranın təşkil etdiyi maarifləndirici tədbirlər haqqında da danışıb.
Seminarın növbəti mərhələsində Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Azərbaycanda audiovizual media və onun tənzimlənməsi" mövzusunda geniş təqdimat etmişdir. Ayxan Sadıqlı tələbələrə audiovizual medianın tənzimləmə mexanizmləri, hüquqi aspektləri, tənzimləyici qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri haqqında məlumat verib.
İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran sualların cavablandırılması və real hadisələr-nümunələrin izahı və müzakirələrlə davam edib.
17:58 31.10.2025
Oxunuş sayı: 1745
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        