Cəhənnəmdən təzə xəbər - Cəhənnəmdə hansı dildə danışırlar?

İranda min nəfərdən artıq Ayətullah olduğu barədə rəsmi məlumatlar verilir. Halbuki Azərbaycanda bu qədər professor belə yoxdur. Bu ayətullahlardan bir nəfər var ki, heç adama oxşamır – onun adı Ayətullah Müctəhidi Tehrani-dir.
O, hesab edir ki, cəhənnəmdə insanlar türkcə danışırlar. Türklər əgər yaxşı adam olsalar, bu dünyada ərəblərə çevrilirlər və öləndə də cənnətə düşürlər. Bütün pis adamlar isə əvvəlcə türk olurlar və axirətdə cəhənnəmə gedirlər. Daha da irəli gedərək təmkinlə onu dinləyənlərə elan edir ki, “arxayın olun, bu barədə hədis var”.
Belə çıxır ki, bu adama oxşamayan Ayətullah cəhənnəmə getməyib, sadəcə hədislərə əsaslanaraq belə iddia edir. Deməli, biz də buna etiraz edə bilmirik, çünki “kişinin dediyinə görə, bu, hədislərə söykənir”.
Azərbaycanda görəsən bu “hədisi” oxuyan varmı? İlahiyyatçı alimlər belə bir hədislə tanışdırsa, onun mənbəyini açıqlasınlar ki, möminlər də tapıb oxusunlar. Bəlkə, həqiqətən də vaxtında hamımız ərəb olaq, yoxsa axırımız yaxşı olmayacaq...
Bu molla istədiyi yerdən istədiyi hədisi çıxara bilir. İranda “arxasından hədis çıxarmaq” artıq bir sənətə çevrilib. Bədbəxtçilik orasındadır ki, hələ də bu kimi şarlatanlar islamı özlərinə dükan ediblər və ölkənin də yiyəsi yoxdur.
Pərviz Kazimi
15:00 13.09.2025
Oxunuş sayı: 608
