Erməni təxribatları davam edir...

Bugünlərdə geniş təbligat məqsədi daşıyan bir erməni saytının fəaliyyəti diqqətimizi cəlb etdi. Bu sayt özünü “Qeqart” Analitik Fondu kimi təqdim etsə də kimlik və mənsubiyyət göstərmədən beynəlxalq akademik mühitdə meydan sulayır. Azərbaycan alimlərini gözdən salmaq, Azərbaycan tədqiqatçılarının əməkdaşlıq etdiyi elmi jurnalları nüfuzdan salmaq məqsədi daşıdığı aydın olur.
Əvvəlcə bunların kimliyini müəyyənləşdirməyə çalışaq. “Qeqart” - qədim adı Ayrivang olan mağara monastır kompleksidir ki, İrəvan şəhərindən 40 km cənub-şərq istiqamətdə yerləşir. Ermənilərə aid olması ilə əlaqədar mötəbər bir məlumat yoxdur. Hal-hazırda ermənilər ona Geqart monastırı adı veriblər və bu monastırın himayəsi ilə “Geqart” fondu yaradılıb. YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş bu monastırın yaratdığı “fond” mədəniyyət abidəsi kimi, dini qurum olaraq özlərinə aid dəyərləri təbliğ etsələr, yaqin ki, heç kim təəccüb etməz.
Lakin bunlar nə edirlər? Azərbaycan, ingilis, rus və erməni dillərində bir sayt yaradıblar. Sayt bütünlüklə Azərbaycana qarşı təxribat, Azərbaycan alimlərinin tədqiqatlarına, beynəlxalq akademik mühitdə çap olunmuş elmi məqalələr, konfrans materialları və çıxışlar haqqında təxribatlar yayır. Diqqəti cəlb edən odur ki, ciddi alimlərin yazılarını təxribat etməyə çalışan bu adamlar alim və tədqiqatçı deyil və ümumiyyətlə kimlikləri məlum deyil. Yəni, açıq elmi fikir irəli sürməkdən, müzakirələrə və əsaslandırılmış fikir yürütməyə hazır deyillər.
Məsələn, Azərbaycan “Aşot Qulyanın” heykəlini məhv etdi, “Aznavur dağıldı”, “Karapet döyüldü” və s. bu kimi xəbərlərlə yanaşı dünyanın bir sıra nüfuzlu elmi jurnallarında çap olunmuş Azərbaycan alimlərinin məqalələrinə beynəlxalq məlumat bazalarına şikayət edirlər. Əlbətdə ki, bunların “informasiya küyü” yaratmaqlarının bir təsiri də var və bu təsiri diqqətdən kənara qoymaq olmaz. Erməni kilsə qurumlarının məqsədli təxribatlarının qarşısını kəsmək, onları ifşa etmək istiqamətində xeyli işlər görülür və mütləq də bu işlər davam etməlidir.
Normal halda beynəlxalq elmi məlumat bazaları elmi məqalələrlə əlaqədar iddia və təklifləri yalnız mütəxəssilər tərəfindən qəbul edir. İddiaçının elmi dərəcəsi və iddia obyekti ilə əlaqədar tədqiqatları və təcrübəsi olmalıdır. Ancaq bunlar ermənidir, işləri hay-küy salmaq, su bulandırmaq, yeri gələndə də bu hay-küyü özlərinə “elmi mənbə” etməyə adat ediblər. Komik bir mənzərə ortaya çıxır. Bu ermənilər əvvəl nağıl və rəvayətlət yaradırlar, sonra bu nağıl və rəvayətləri tarixi fakt olaraq təqdim edirlər, etiraz olunduqda isə “akademik etikanın” pozulduğnu iddia edirlər.
Biz, Azərbaycan tədqiqatçıları uzun müddət bu kimi təxribatlara əhəmiyyət verməmişik. Ermənilərin elmi mühitdə dövriyyəyə daxil etdikləri, “ilk xristian dövləti”, “ilk kosmanavt” və “Nuh peyğəmbərinin” erməni olması haqqında cəfəngiyyatlara əhəmiyyət vermədikcə bu “toxumlar cücərməyə” başlayır, yeni qol-qanad açır və sonradan qalın-qalın kitablara çevrilir. Eləcə də diqqəti cəlb edən odur ki, bu işi görən rəsmi dövlət qurumu deyil, akademik müəssisə də deyil, bir kilsə qurumudur. Bu kilsə qurumları İbadət etmək, insanlarını imana çağırmaq əvəzinə təxribatla məşğuldurlar.
Türküyənin nüfuzlu «Akademik Tarih ve Düşünce Dergisi» və Rusiyanın «Современная научная мысль»("Müasir elmi düşüncə") jurnalında çap olunmuş məqələlər bu kilsə fondunun təxribatçılarının diqqətini cəlb edib. Daha dögrusu onlara bərk təsir edib. Qeyd edək ki, adları çəkilən bu jurnallar tanınmış elmi jurnallardır, dünyanın nüfuzlu məlumat bazalarına daxildirlər və çap etdikləri məqalələr geniş akademik mühitə təqdim olunur.
Məqalələrin elmiliyinə şübhə edən bu kilsə təmsilçiləri alternativ bir fikir irəli sürmürlər, sadəcə olaraq şikayət edirlər. Məsələn kimdən? Azərbaycanın tanınmış alimi Nazim Mustafa “İrəvan tarixini” hər-hansı bir erməni mütəxəssisindən daha yaxından bilir və onların tarixi faktlarla manipulyasiya etmək cəhdlərini daim ifşa edib. Nazim Mustafanın "İrəvan Şəhərində İslam İrsinə Qarşı Erməni Vandalizmi" məqaləsi onların xoşuna gəlməyib. Eləcə də, tədqiqatçı Fazil Baxşəliyevin 2024-cü ildə «Akademik Tarih ve Düşünce Dergisində» çap olunmuş "Deportations of Azerbaijanis From West Azerbaıjan and the Concept of Return" məqaləsi də onların xoşlarına gəlməyib. Nə olsun, nə etməliyik? Deportasiyanı inkar etməliyik?
Bu kilsə fondu Rusiyanın "Müasir elmi düşüncə" jurnalında tanınmış Azərbaycan alimləri Xəlilov E.Ş., Əhmədova N.A., Güntəkin Nəcəfli, X.N. İsmayılovun məqalələri haqqında Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinə şikayət edib. Onlar da bilirlər ki, Rusiya Elmlər Akademiyasının Rəyasət Heyyəti bu məsələdə, bu mövzularda “hakim” deyil. Şikayət edən tərəf də akademik qurum deyil və bu səbəbdən də bu məsələ müzakirə belə olunmayacaq. Əlbəttə ki, məqsəd yenə də gündəm yaratmaq, su bulandırmaq və təxribat etməkdir.
Tanınmış alim, dosent Nadir İsmayılov və fəlsəfə doktoru Daşqin Məhəmmədlinin 2025-ci ildə, «Akademik Tarih ve Düşünce Dergisində» çap olunmuş "Qərbi Azərbaycan Tarixinə Dair Sənəd Axınının Təşəkkülü və İnkişafı" adlı məqalə də bu “Qeqart” kilsə fondunun xoşuna gəlməyib. Niyə xoşlarına gəlmədiyini yazmayıblar, ancaq biz ehtimal edirik ki, niyə xoşlarına gəlməyib. Bu məqsədlə də hörmətli həmkarlarımızı təbrik edirik və gələcək tədqiqatlarının daha da kəsərli olmalarını arzu edirik.
Azərbaycanda genişlənməkdə olan akademik mühit öz bəhrəsini verir. Nüfuzlu elmi jurnallarda alimlərimizin çap olunan analitik məqalələri tarixi saxtakarlıqları ifşa edir, uzun illər yaradılmış nagıl və rəvayətlər üzərində qurulmuş tarixi fikirləri alt-üst edir və Azərbaycan elmi fikir sahiblərinin “imzasını” tanıdır.
13:19 20.08.2025
Oxunuş sayı: 5059
