Tramp-Zelenski duelinin qalibi kim oldu?

2025-ci il fevralın 18-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Trampın qarşılıqlı əlaqəsi təkbətək görüş deyildi - bu, Ər-Riyaddakı yüksək səviyyəli görüşdən qısa müddət sonra bütün dünyanın gözü qarşısında hegemon bir dövlət başçısının müharibə nəticəsində ciddi sınaqlar qarşısında dayanan bir dövlətin və az qala diz üstə çöküb yardım istəyən prezidentinin aşağılanaraq təhqir olunması idi.
18 fevral 2025-ci ildə baş verənlər onunla yadda qaldı ki,Tramp Rusiyanın davam edən işğalında Ukraynanı günahlandırdı:
"Sən heç vaxt bu müharibəyə başlamamalı idin. Razılaşa bilərdin." Sanki müharibə Ukrayna tərəfindən başladılmışdı.
O, həmçinin Ukraynada yeni prezident seçkiləri keçirməyi Zelenskiyə təklif edərək, onun reytinqinin cəmi 4% olduğunu bəyan etdi ki, bu da Kremlin təbliğatını eyni ilə əks olunması idi. Trampın bu iddiası Ukrayna rəhbərliyi və dünya ictimaiyyəti tərəfindən olduqca neqativ və həqiqətdən tam uzaq kimi dəyərləndirildi.
Məhz Zelenski də geri çəkilərək Trampı Rusiyanın “dezinformasiya köpüyü”ndə qalmaqda ittiham etdi.
Ertəsi gün, fevralın 19-da Tramp sosial şəbəkədəki paylaşımında Zelenskini “seçkisiz diktator” adlandırdı və bu, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron kimi ABŞ-nin müttəfiqlərinin sərt iradlarına səbəb oldu.
18 fevral 2025-ci il – Tramp Zelenskini aşağılayır
Bu gün Ağ Evdə Tramp açıq şəkildə Ukraynanı Rusiya ilə müharibəni başlamaqda və davam etdirməkdə müharibədə günahlandırdı, Zelenskinin legitimliyini şübhə altına aldı və yeni seçkilər təklif etdi.
O, eyni zamanda bir sıra Qərb dövlət başçılarınının qınadığı Kremlin iddialarını təkrarladı.
Bu, geniş şəkildə Zelenski üçün alçaldıcı kimi qiymətləndirildi. Çünki hadisə ABŞ torpağında, qlobal mediada işıqlandırıldı.
Hadisənin ABŞ torpağında baş verməsi və qlobal media tərəfindən işıqlandırılması fonunda Zelenskinin alçaldılmış və təhqir olunmuş hesab olunmasına şərait yaratdı.
18 avqust 2025 – Zelenski Trampın sülh planını rədd edir
Tramp daha sonra Rusiyaya Ukraynadan böyük güzəştləri (ərazi kompromisləri kimi) nəzərdə tutan “sülh sazişi” təklif etdi.
Avqustun 18-də Zelenski açıq şəkildə və qətiyyətlə Trampın bu planını rədd etdi. Bu da ABŞ torpağında və dünya ictimaiyyətinin gözü qarşısında baş verdi.
Zelenskinin bu qarşılığı yalnız siyasi gediş deyildi - bu, özünü "müharibəni 24 saat ərzində bitirə biləcək" bir qlobal güc kimi təqdim edən Tramp üçün ictimai siyasi məğlubiyyət idi.
Qisas , yoxsa strateji zərurət?
Bəli, Zelenskinin rədd edilməsini siyasi qarşılıq forması kimi şərh etmək olar – o, bu dəfə Trampı qlobal media qarşısında diqqət mərkəzində qoyaraq, onun tərəfindən təhqir olunmasının əvəzini çıxdı. Simvolik siyasətdə bu, “qisas ” kimi qiymətləndirilə bilər.
Heç şübhəsiz, Zelenski bu demarşla ilk növbədə öz ölkəsinin milli maraqlarından çıxış edib. Belə ki, Trampın planını qəbul etmək Ukraynanın suverenliyinə və legitimliyinə xələl gətirə bilərdi. Amma onun məqsədi Trampdan qisasını almaq deyildi. Çünki şəxsi ambisiyalar bu gün Rusiya-Ukrayna müharibəsindən ən sonuncu yerdə qərar tutan psixoloji elementlərdir. Zelenski ölkəsinin maraqlarını ortaya qoydu. Bunu Trampdan qisas almaq kimi qiymətləndirənlər isə Ukraynada baş verənləri tamamilə dərk etməyən siyasətçilərdir.
Əlimusa İbrahimov,
Professor, politoloq
09:21 19.08.2025
Oxunuş sayı: 1015