Rusların II Dünya Müharibəsində üz qarası və ya iftixarı

Özünü ikinci dünya muharibəsinin qalibi kimi ictimaiyyətə təqdim edən müasir Rusiya hakimiyyəti hər il qələbənin ildönümünü görkəmli şəkildə keçirərək atəşfəşanlıqlar keçirir və bu atəşfəşanlığın arxasında bir sıra həqiqətləri ört-basdır etməyə, onlar haqqında danışmamağa çalışır. Xüsusilə də rus milli kadrlarının muharibə illərində xəyanətlərini, fərasətsizliyini, muharibənin ilk altı ayında bir milyondan artıq sovet əsgərinin əsir düşməsinin səbəbləri haqqında, rus millətçiliyinin və imperiyaçılığının törətdiyi fəsadlar haqqında heç danışmaq istəmirlər.
2001-ci ildə “Din və Vətən uğrunda” (За Веру и Отечество) hərəkatının rəhbəri, keşiş Nikon rusiyanın Baş Hərbi Prokurorluğana Vlasovun və onun yoldaşlarının cəzasına yenidən baxılması üçün ərizə verdi. Bununla belə, hərbi prokurorluq belə qənaətə gəlib ki, siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında qanunun tətbiqi üçün heç bir əsas yoxdur. 1 noyabr 2001-ci ildə Rusiya Federasiyası Ali Məhkəməsinin Hərbi Kollegiyası RSFSR Cinayət Məcəlləsinin 5810-cu maddəsinin 2-ci hissəsi ilə (antisovet təbliğatına görə) ittiham hissəsindəki hökmü ləğv etdi.
Müasir rusiyada A. A. Vlasovun reabilitasiyası üçün başqa bir təfsir də var . 1992-ci ildə Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi Sov.İKP-nin işinə baxaraq, partiya orqanları tərəfindən çıxarılan bütün repressiya hökmlərinin ləğvi haqqında rəsmi qərar qəbul etdi və bununla da Tarixçi Kirill Aleksandrov hesab edir ki, Vlasovun və onun yoldaşlarının reabilitasiyası artıq baş tutub .
Sovet İttifaqını özünə vətən hesab edən milyonların müharibəyə gedib özünü qurban verməsi hesabına əldə olunmuş qələbəyə xəyanət etmiş və düşmən tərəfə keçərək onlara xidmət etmiş insanların reabilitasiyası müasir rusiyada adi hal alıb. Ümumiyyətlə müharibə illərində xəyanət etmiş rus-sovet generalları haqqında nə bilirik?
Almaniya əsir düşmüş və ya təslim olmuş rus-sovet genirallarından 81 nəfər rəsmi qeydiyyata alınıb. Onlardan 3-nün taleyi haqqınd heç bir məlumat əldə olunmayıb. Bunlardan əsirlikdən qaçan 6 nəfər, əsirlikdə ölən 28 nəfər, əsirlikdən azad edildikdən sonra hüquqları bərpa edilmiş 22 nəfər, həbs edilmiş və məhkum olunmuş 22 nəfər haqqında ətraflı məlumatlar verilir. Vlasovçular işi üzrə 5 nəfər asılmış, 13 nəfər Baş Qərargahın 16 avqust 1941-ci il tarixli 270 saylı əmri əsasında güllələnmiş, 2 nəfər həbsdə ölmüş, 2 nəfərin həbsdən sonra hüquqları bərpa edilmişdir. Bu həmin Vlasovdur ki, Sovet hökumətinin çox sayda orden və medallarını almış və bacarıqlı hərbiçi hesab edilirdi ki, əsir düşdükdən sonra Faşıst almaniyasına qulluq etməyə başladı və deyilənlərə görə çox sədaqətlə də xidmət edirdi.
Əsirlikdə olan generalların 62 nəfəri 1941-ci ilin altı ayı ərzində almanlara əsir düşmüşdü. 1942 –ci ildə 12 general, 1943 –də 4 general, 1944 –ci ildə 1 general, 1945 –ci ildə 2 general alman silahlı qüvvələrinə əsir edilir.
Bu generallar hərbi rütbələrinə görə 4-ü General-leytenant, 1-i Artilleriya general-leytenantı, 1-Mühəndis Qoşunları general-leytenantı, 56 General-mayor, 2 Aviasiya general-mayoru, 3 Artilleriya general-mayoru , 1 Sahil Xidmətinin general-mayoru, 2 Xidmət general-mayoru , 5 Tank qoşunlarının general-mayoru, 2 Texniki qoşunların general-mayoru, 1 Korpus komissarı, 2 Bölmə komissarı, 1 Bölmə komandiri vəzifəsini daşıyıb.
Rus-sovet generallarından 1941-1945-ci illərdə 13 nəfər itkin düşüb. Minlərlə əsgərin insan taleyi tapşırılmış bu yüksək dərəcəli zabitlərin necə itkin düşə bilməsi bu gün də məlum deyil. 1941-ci ildə general mayor rütbəsi daşıyan -Budanov Fedor İvanoviç, Qarnov Alexander Vasilieviç, Karmanov İvan Petroviç Knyazev Stepan İliç, Kozlov Georgi Potapoviç, Larionov Georgi Andreeviç, Padosek Pavel Mixayloviç, Silkin Tixon Konstantinoviç, Smirnov Andrey Nikolayeviç, Şustin Anatoli Matveeviç, 1942-ci ildə general mayor rütbəsi daşıyan -Alferev Pyotr Fedoroviç, Kopyak, İvan Andreeviç, 1943-cü ildə general mayor Menşikov Mixail İvanoviç itkin düşür. Bu generalların rəhbərliyi altında olan minlərlə əsgərin taleyinin necə oldugu haqqında məlumat yoxdur.
Eyni zamanda Sovet dövrü generallarından və fəal əməliyyat meydanlarında döyüşərək vəfat etmiş, 4-cü Süvari Korpusunun komandir müavini, General mayor Yakub Qulu oglu Quliyevin 1942-ci ilin dekabrında döyüşlər zamanı yaralanaraq qəhrəmancasına vəfatı, generel mayor Sabir Rəhimovun döyüş zamanı qəhrəmancasına vəfatı, general Həzi Aslanovun döyüşərək vəfat etməsi haqqında rus resurslarında məlumat əldə etmək çətindir.
Rus-sovet generallarının fərasətsiz və xəyanətə təmaüllü olması müharibədən əvvəl də Stalinə məlum idi və çox sayda generalı vəsizəsindən uzaqlaşdırdı, həbs etdi və bir çoxunu da edam etdi. Lakin müharibə illərində bu generalların fərasətsizliyi və xəyanəti daha bahaya başa gəldi. Bir sıra xalqlar repressiya olundu, sürgün edildilər və xəyanətdə iddiam olundular. İddiam olunmalı və xəyanətə görə sürgün edilməli həqiqi səbəbkarlar cəzalandırılmadı. Qeyd olunan generalların əlifba sırası ilə siyahısını təqdim edirik. Baxın və görün ki, bu generallar kimə aiddir.
Abramidze, Pavel İvlianoviç
Alaverdov, Kristofer Nikolayeviç
Alekseev, İvan İvanoviç (general)
Antyufeev, İvan Mixayloviç
Artemenko, Pavel Daniloviç
Baranov, Sergey Vasilieviç
Basanets, Luka Gerasimoviç
Beleşev, Mixail Aleksandroviç
Bessonov, İvan Georgiyeviç
Bikzhanov, İbrahim Paskaeviç
Blagoveshchensky, İvan Alekseeviç
Boqdanov, Mixail Vasilieviç (briqada komandiri)
Boqdanov, Pavel Vasilieviç
Bondovski, Alexander Vasilieviç
Borisov, Arkadi Borisoviç
Borisov, Mixail Dmitrieviç
Budyxo, Alexander Efimoviç
Vaşkeviç, Aleksandr Aleksandroviç
Vişnevski, Sergey Vladimiroviç
Vlasov, Andrey Andreeviç
Gerasimov, İvan Mixayloviç
Qoltsev, Nikolay Dmitrieviç
Qraçov, Mixail Alekseeviç
Danilov, Sergey Evlampieviç
Dvorkin, Boris Mixayloviç
Dobroserdov, Konstantin Leonidoviç
Eqorov, Evgeniy Arsentieviç
Erşakov, Filip Afanasyeviç
Jilenkov, Georgi Nikolayeviç
Zaitsev, Georgi Mixayloviç
Zakutnı, Dmitri Efimoviç
Zinovyev, Fedor İvanoviç
Zotov, Aleksandr Semenoviç
Zusmanoviç, Qriqori Moiseeviç
Zıbin, Efim Sergeyeviç
Karbışev, Dmitri Mixayloviç
Kirillov, Nikolay Kuzmiç
Kirpichnikov, Vladimir Vasilieviç
Koida, Samuil Trofimoviç
Kornilov, İvan Alekseeviç
Krupennikov, İvan Pavloviç
Kuleşov, Aleksandr Demyanoviç
Kulikov, Konstantin Efimoviç
Lazutin, Nikolay Georgiyeviç
Lukin, Mixail Fedoroviç
Lyubovtsev, İlya Mixayloviç
Mazanov, Lavr Aleksandroviç
Makarov, Pyotr Qriqoryeviç (general)
Maksimov, Vladimir Konstantinoviç
Malışkin, Vasili Fedoroviç
Meandrov, Mixail Alekseeviç
Melnikov, İvan İvanoviç (1892-1972)
Mixaylov, Nikolay Filippoviç
Moşenin, Stepan Arsentieviç
Muzychenko, İvan Nikolaeviç
Naumov, Andrey Zinovyeviç
Naumov, İvan Alekseeviç
Nikitin, İvan Semyonoviç
Nikolaev, Serafim Petroviç
Novikov, Pyotr Georgiyeviç
Novikov, Timofey Yakovleviç
Noskov, Aleksandr Alekseeviç
Ogurtsov, Sergey Yakovleviç
Pavlov, Pyotr Petroviç (general)
Ponedelin, Pavel Qriqoryeviç
Potapov, Mixail İvanoviç
Potaturçev, Andrey Gerasimoviç
Presnyakov, İvan Andreeviç
Privalov, Pyotr Froloviç
Proxorov, Vasili İvanoviç (general-mayor)
Proxorov, İvan Pavloviç
Proşkin, Nikolay İqnatyeviç
Rixter, Boris Stefanoviç
Romanov, Mixail Afanasyeviç
Romanov, Mixail Timofeeviç
Rotberq, Tynis Yurieviç
Rubtsov, Fedor Dmitrieviç
Rıjkov, Afanasy Nikolaevich
Rıkov, Evgeni Pavloviç
Samoxin, Alexander Georgievich
Sevastyanov, Andrey Nikitiç
Semenovski, Fedor Alekseeviç
Sivaev, Maksim Naumoviç
Skuqarev, İvan Mixayloviç
Sneqov, Mixail Georgiyeviç
Sokolov, Alexander Dmitrieviç
Sorokin, Vladimir Evseeviç
Sotensky, Vladimir Nikolaeviç
Starostin, Nikolay Mixayloviç
Starunin, Aleksandr İvanoviç
Sısoev, Pavel Vasilieviç
Tkaçenko, Semyon Akimoviç
Tonkonoqov, Yakov İvanoviç
Truxin, Fedor İvanoviç
Tor, Qriqori İllarionoviç
Tsirulnikov, Pyotr Qavriloviç
Çistov, Pavel Vasilieviç
Şepetov, İvan Mixayloviç
Şestopalov, Nikolay Mixayloviç
Yakimov, Pyotr Nikolayeviç
Bu gün də Rusiya federasiyasının Ukraynaya təcavüzü nəticəsində ortaya çıxan rus hərbinin yaratmazlıgı, rus generallarının fərasətsizliyi üzə çıxır və bu da dinc, sadə insanların istirab və əzabına səbəb olur. Rusiya Federasiyasının çox sayda xalqları anlaşılmayan bir idealogiyaya görə müharibəyə səfərbər edilir və ölümə məhkum olunurlar. Anlaşılmayan “Rus dünyası” yaratmaq üçün bir Çeçen və ya bir Başqurd niyə ölümə getməlidir?
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
20:16 21.07.2025
Oxunuş sayı: 6337
