Müasir İranın milli mənzərəsi və milli qüvvələr

İranda milli şuur, millətçilik ideyaları haqqında düşünərkən, onların müasir dünyanın çox-çox xalqlarının keçdiyi təkamül yolundan fərqli bir inkişaf keçdiyini görürük. Uzun tarixi mərhələdə “dini millət” ideyası İranda kök salıb və bir çox xalqların həyatında iz buraxıb.
Fevral inqilabından az bir müddət sonra İran-İraq müharibəsi
başlandı ki, bu müharibəyə kütləvi şəkildə gənclərin səfərbər olunması lazım
idi. Bu zaman Xomeyni gənclərlə görüşdı onlara taxtadan kiçik açarlar təqdim edərək
“bu, behiştin açarıdır, ölərsənsə behiştə gedəcəksən” deyirdi və bu da işə yarayırdı.
Belə bir mənzərənin mümkünlüyü Xomeyni və təzə yaranmış İslam respublikasının
xidmətləri deyildi. Ölkə əhalisini kütləvi cəhalətdə saxlayan mənfur pəhləvi
rejimi idi.
İndi bu üsullar işə yaramayacaq. İranda yeni, internet nəsli
yaranıb və onları qapalı qapılar arxasında saxlamaq, onlara behiştin açarını
vermək və ya “cəmkərandan məktub” vermək artıq fayda verməz.
Bu mərhələdə İranın ən passionar gəncliyi Azərbaycan Türk gəncləridir.
Bu gənclərin qarşısında Türkiyə və Azərbaycan dövlət modelləri mövcuddur və
onların əksəriyyəti milli dəyərlərə bağlı gənclərdirlər.
İranda millətçiliyin qabarıq ifadə formalarından ən əsas
olanı dil problemidir. Tehran küçələrində danışılan fars dili Qacarlar zamanında
formalaşmış bir dil olaraq İranın hal-hazırda siyasi dövlət dilinin əsasını müəyyənləşdirir.
Bu fars dilində çox sayda türk və ərəb sözləri mövcuddur.
İranın siyasi elatası rəsmi kürsülərdə çıxış edən bir
şirazlıya həsədlə qulaq asaraq “mən də beləcə fars dilində danışmaq istərdim…”
xəyallarına dalırlar. Çünki, hələ də rəsmi kürsülərdən çıxış edənlərin ləhcəsində
türk, kürd, bəluc və ya xorasanlı olması çox zamanlar açıq-açığına hiss olunur.
Ən yaxşı halda danışanın tehranlı oldugu məlun olur ki, bu da rəsmi dil norması
olaraq qəbul edilir.
Farsların əsas dil mədəniyyəti daşıyıcıları şirazlılardır.
İsfahan, Yəzd və lorların, dil mərkəzinə yaxın olan əyalətlərində danışıq bir qədər
əsas mədəni dil daşıyıcılarından fərqlənir. Burada istifadə olunan kəlmələrlə
yanaşı pafos və ifadəlilik də rol oynayır. Məsələn tehranlılar “təşəkkür” deyər,
şirazlılar “sepəsqozarəm” deyər. Dogrudur ki, son on ildə fars millətçiləri
klassık fars sözlərini kütləvi dövriyyəyə salmaq istəsələr də geniş dəstək ala
bilmirlər. Eləcə də, İran dil qrupuna mənsub digər xalqlar da bu prosesdə
iştirak etmirlər. Belə ki, bəxtiyarilər, giləklər, mazilər və bir çox İran
dilli xalqlar vahid fars dili kultuna inteqrasiya olunmurlar, çünki, fars dilli
elita onları özlərinə bərabər hesab etmir.
Şiraz ətrafı regionlarda özünü iranlı olaraq təqdim edən, əsasən
müsəlman kimi tanınan farslar gizli zərdüşt təəssübkeşləridirlər ki, onlar da səslərini
çıxara bilmirlər. Bəzən Kruuşdan, Daryuşdan danışmaq istədikdə ağızlarından
vurub geri qaytarırlar. İranın Amerikada yaşayan və özünü “cavid şah” elan edən
Pza Pəhləvi hal-hazırda fars dili təmizliyinin ən böyük təbliğatçısıdır. Fars
olmadığına baxmayaraq farslardan daha artıq canfəşanlıq edir, bu mövzunu özünün
proqramına çevirib və İranda yenidən şah olmağa çalışır.
İranda, bu gün də dominant və multikultural dil yalnız türk
dilidir. Güney azərbaycanlılarla yanaşı İranda Xorasan türkləri, qaşqailər, əfşarlar,
türkmənlər, şəhriyarilər və İranın cənubunda yaşayan, müxtəlif toponimlərlə
adlandırılan türkdillilər heç zaman qarşıdurma və düşmənçilik etməyiblər.
İranın bütün türkdilli qrupları üçün Təbriz doğma şəhərdir və Azərbaycan ata
yurdudur. Məsələn, şəhriyarilər Tehranın cənubunda yaşasalar da onların dillərini
rahat anlamaq olmur. Lakin, bu zaman çox
səliqə ilə Tehran fascasına keçərək qarşılıqlı ehtiramı qoruyurlar. Yeri gəlmişkən
qeyd edək ki, Şəhriyarilərin ləhcəsi Dərbənd azərbaycanlılarının ləhcəsinə çox
yaxındır.
Belə olduğu halda problemə çevrilən mövzu nədir və Azərbaycan
türkcəsinin dominantlığına mane olan səbəblər haradan qaynaqlanır?
Əvvəla, qeyd etdiyimiz kimi Qacarlardan qalmış və özünü
tehranlı kimi təqdim edən bir qrup “pedəri
bozorge mən tork bude” (mənim babam türk olub) deyərək irançılıq ideyalarını
yayan marginallardır. İkincisi, təxminən say etibarı ilə elə bu qədər də pəhləvilər
nəslindən olan və ya pəhləvilər zamanı dövlət qurumlarında “xoş günlər görmüş”
vəzifəli şəxslərin övladlarıdır. Üçüncüsü, din xadimləridir və onlara ərəb
dilini bilməklə yanaşı İran cografiyasında olan təsir dairəsində vahid
kommunikasiya dili lazımdır və buna görə də irançılıq ideyalarının aktiv təbligatçılarıdırlar.
Dördüncü qrup İranın ucqarlarından gələrək müxtəlif yollarla İran İslam
Respublikasının müxtəlif qurumlarında özlərinə yer tutmuş, özlərinin uşaqlıq və
gənclik illərində yaşadıqları komplekslərdən qurtararaq yeni həyatını
irançılıqla ifadə edənlərdir. Bu qrup, həyatı boyu tehranlı olmaq arzusunda
olub və nəhayət arzusuna çatanlardırlar. Bu qrupa məxsus bir kürd əsilli
tehranlı Kürdüstandan gələn böyük qardaşını qarşılamaq üçün avtovağzala oğlunu
göndərir və qardaşının kürd milli paltarında gələcəyini bildiyində sakitcə oğlunun
qulağına deyir: “Əmini apar evə, paltarını dəyişdirsin, sonra çıxın adam içinə”.
Qeyd olunan qruplar İran cəmiyyətində əhalinin təxminən beş
faizini təşkil edir. Faiz olaraq az olsalar da bu qruplar cəmiyyətdə nüfuzu,
yüksək mövqeyi olan, sərvətli, mülkiyyətli və təsir imkanları olan
kateqoriyadır. Bu qrupun nümayəndələri qarışıqlıq vəziyyətində qaçmağa, sərvətləri
üçün daha sakit məkanlarda məskunlaşmağa təmaüllüdürlər.
İranın böyük milli hərəkat potensialı yenə də, həmişəki kimi
azərbaycanlılardır. Onlarla yanaşı, Kürdüstanda, Xuzustanda, Bəlucistanda da
ciddi milli oyanış özünü göstərməkdədir.
İranın milli regionlarının iqtisadi potensialı zəif olduğundan
demək olar ki, bütün əyalətlər mərkəzdən asılı vəziyyətdədirlər və bu da mərkəzə bağlılıq şəraiti yaradır, milli
qruplaşmaların genişlənməsinə ciddi mane törədir. İqtisadiyyat 45 ildir ki,
embarqo, beynəlxalq təcrid altındadır və iqtisadi idarəetmə, bank sistemi, pul
tədavülü feodal dövrü üsulu ilə idarə olunur.
İranda geniş milli hərəkatın
məyusedici əsas amilləri də məhz bundadır. Kürd milli hərəkatı əsasən əşirətlərin
insan potensialına və İraq kürdlərinin maliyyə dəstəyinə söykənir. İranın cənubunda
yaşayan ərəblər uzun müddət mərkəzin repressiyalarından yaxa qurtarmaq üçün təşkilatlanıb
və ərəb ölkələrinin geniş dəstəyini alıb. Bəluclar Pakistandakı bəluc
muxtariyyatının dəstəyinə arxalanır. Xorasanda milli hərəkat klassik sünnü islam
cərəyanlarına əsaslanır və çox radikal silahlı qüvvələrə malikdirlər.
Göründüyü
kimi, dağılmaqda olan İran İslam Respublikasında kimin daha ayıq və öngörən
olması yaxın zamanlarda üzə çıxacaq. Burada, hiyləgər və bir cilddən başqa cildə
girməyi yaxşı bacaran İranın ənənəvi din xadimləri faktorunu da nəzərdə tutmaq
lazımdır.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin
analitiki, fəlsəfə doktoru
19:41 17.06.2025
Oxunuş sayı: 4630
