"Prezident Kuboku-2025" reqatasına bu gün yekun vurulur

Avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025” beynəlxalq reqatasına bu gün yekun vurulacaq.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar müəyyənləşəcək.
Azərbaycan təmsilçiləri əvvəlki iki gündə 8 medala (3 gümüş, 5 bürünc) sahib çıxıblar.
Qeyd edək ki, turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 200-dən çox avarçəkən qatılıb.
(REPORT istanad)
09:32 02.05.2025
Oxunuş sayı: 863