Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub. Milli Gimnastika Arenasında təşkil edilən turnirin son günündə fərdi və qrup hərəkətləri üzrə komandalar arasında mükafatçılar məlum olub.
Onlar ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər.
Həmçinin ənənəyə uyğun olaraq, kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunub.
Otuz doqquz ölkədən gimnastların iştirak etdiyi yarışlar 3 gün davam edib.
02:30 21.04.2025
Oxunuş sayı: 943