Gimnaziada: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb

Serbiyanın ev sahibliyi etdiyi Gimnaziada İdman Oyunları davam edir. Paraüzgüçülük yarışında Azərbaycan təmsilçisi Səlim Məmmədov uğurla çıxış edib.
S12 kateqoriyasında çıxış edən idmançı 200 metr məsafəyə qarışıq üzmə üsulu yarışında finişə 3:10.69 saniyə nəticə ilə üçüncü çatıb və bürünc medal qazanıb.
08:32 11.04.2025
Oxunuş sayı: 1425