Türkman vətəndaş cəmiyyəti təmsilçiləri ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyində görüş keçirilib

Bu gün Türkiyə, İraq, Suriyadan olan türkman QHT-lərindən ibarət nümayəndə heyəti QHT-lərə Dövlət Dəstəyi Agentliyində olub.
İcraçı direktor Aygün Əliyeva heyətə Agentliyin fəaliyyəti barədə ətraflı məlumat verib, türkman QHT-ləri ilə əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilib. Türkman təşkilatları Azərbaycanda türkman irsinə yüksək qiymət verilməsini, tarixi-mədəni köklərə bağlılığı
Xüsusi qeyd ediblər və buna görə Azərbaycan dövlətinə təşəkkür ediblər.
04:27 18.03.2025
Oxunuş sayı: 1693