"Azərbaycan Ordusu" qəzetinə yeni redaktor təyin olunub.

Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Əmrə əsasən, mayor Ceyhun Cəfərli Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Azərbaycan Ordusu" qəzetinin redaktoru vəzifəsinə gətirilib. Baş redaktor olmadığına görə nəşr hazırda onun rəhbərliyi ilə fəaliyyət göstərir.
C.Cəfərli bundan əvvəl "Azərbaycan Ordusu" qəzetinin məsul katibi işləyib. Qeyd edək ki, qəzetin əvvəlki baş redaktorunun birinci müavini - baş redaktoru mayor Məhəmməd Nəsirli olub. O, sentyabrın əvvəlində işindən ayrılıb. (teleqraf)
09:12 13.03.2025
Oxunuş sayı: 730
Oxşar xəbərlər

Hikmət Hacıyev: Qlobal Bakı Forumunun gündəliyinin qlobal düzənə həsr olunması heç də təsadüfi deyil

Hikmət Hacıyev: Azərbaycan enerji konsepsiyası vasitəsilə üç və ya dörd dənizi birləşdirməyə çalışır