Millət vəkili: Ölkəmiz Qərbin yürütdüyü ikili standartdan əziyyət çəkir


Belçikanın paytaxtı Brüssel şəhərində “İslam dünyası 2025 Belçika krallığında və Avropada” dinlərarası beynəlxalq konfransı öz işinə başlayıb.
Konfransda iştirak edən edən millət vəkili Qüdrət Həsənquliyev Crossmedi.az-a bildirib ki, Avropa Parlamentində keçirilən dəyirmi masada nümayəndə heyətinə rəhbərlik edən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə geniş məruzə ilə çıxış edib.
Azərbaycanda dövlət-din münasibətləri, fərqli mədəniyyətin daşıyıcıları olan xalqların və etnik qrupların birgə yaşayışı, cəmiyyətimizdə mövcud olan tolerantlıq və sivilizasiyalararası dialoq, Azərbaycan Respublikası Prezidentinin bu məsələyə göstərdiyi diqqət, torpaqlarımızın erməni vandalları tərəfindən işğalı və islam abidələrinin, şəhər və qəsəbələrimizin dağıdılması barədə geniş məlumat verib.
“Dəyirmi masada mən və həmkarım Cavanşir Paşazadə, Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri də daxil olmaqla çıxış etdik, ölkəmizin Qərbin yürütdüyü ikili standartlardan əziyyət çəkməsindən, qaçqınlarımızdan, Ermənistanın sülh sazişi imzalamaqdan yayınmasından danışdıq, dəyirmi masa iştirakçılarını hər şeyi öz gözləri ilə görmələri üçün Azərbaycana dəvət etdik“ -deyə o bildirib. Konfrans çərçivəsində görüşlər və tədbirlər bu gün də davam edəcək”.
Millət vəkili həmçinin bildirib ki, Şeyx Avropa Parlamentinin televiziyasında çıxış edib və həmin çıxış bu gün yayımlanacaq.
11:45 07.03.2025
Oxunuş sayı: 3227