Töhmət alan Fuad Nağıyev istintaqa çağırıldı

Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev istintaqa çağırılıb. Lent.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb ediliblər.
"Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır", - deyə mənbə bildirib.
Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilib.
Xatırladaq ki, F. Nağıyevin rəhbərlik etdiyi agentlikdə xidməti yazışmaların sızdırılması bildirilib. Şiddətli töhmətin də buna görə verildiyi qeyd edilib. Artıq qurumun Aparat rəhbəri Kənan Qasımov vəzifədən kənarlaşdırılıb.
14:18 05.03.2025
Oxunuş sayı: 2742