CROSSMEDIA - BMTM-də Fransa müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri ilə görüş keçirilib
Gündəm,Media və QHT

BMTM-də Fransa müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri ilə görüş keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Fransa müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri ilə görüş keçirilib.

Açılış nitqində BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev qonaqlara mərkəzin fəaliyyəti, Azərbaycanın xarici siyasət prioritetləri, ikitərəfli və çoxtərəfli müstəvidə münasibətləri ilə bağlı geniş məlumat verib.

F.Şəfiyev qeyd etdi ki, Azərbaycan Fransa mediası tərəfindən bu ölkədə fəaliyyət göstərən erməni lobbisinin təsirilə daima hücumlara məruz qalıb. Belə ki, Azərbaycan barədə birtərəfli narrativlər yayılıb, Fransanın dənizaşarı ərazilərdəki kolonial siyasətinə yenidən baxmaq əvəzinə ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib.

“Günahı Azərbaycanın üzərinə atmaqdansa, Fransa öz neokolonial təcrübələri ilə üzləşməlidir. Dənizaşırı ərazilərdəki problemlərin kökündə duran əsas səbəblər tarixən bu torpaqların iqtisadi- siyasi istismara məruz qalması və bu proseslərin bu gün də davam etməsidir”.

O, həmçinin beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartların mənfi nəticələrinə diqqət çəkib. BMTM sədri bildirib ki, Azərbaycan 30 il ərzində qeyd edilən problemlərdən əziyyət çəkib və hazırda da sözügedən yanaşmaların mənfi təzahürləri ilə üzləşməkdədir.

“Beynəlxalq hüquq aliliyi barədə danışan dövlətlər elə özləri ona riayət etmirlər”.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə toxunan F. Şəfiyev həm sədrlik dövründə, həm də sonralar Azərbaycanın Qlobal Cənubun gündəliyinə dəstək ifadə etdiyini bildirib.

F. Şəfiyev çıxışında çoxtərəflililiyin gücləndirilməsi və iqtisadi dekolonizasiyanın aparılmasının zəruriyliyini vurğulayıb.

Daha sonra görüş sual-cavab sessiyası ilə davam etdi. (trend)

18:37 24.02.2025

Oxunuş sayı: 810

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR