"Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işi tənzimlənəcək: cəmi 1 müxbir qalacaq

"Qərar, xaricdə fəaliyyət göstərən Azərbaycan dövlət nəşrləri və ölkəmizdə çalışan xarici jurnalistlər üçün balansı bərpa etmək məqsədilə qəbul edilib. Bakıda "Sputnik-Azərbaycan" jurnalistlərinin sayı Rusiyada fəaliyyət göstərən AZƏRTAC dövlət agentliyinin jurnalistlərinin sayı ilə eyni olacaq. Yəni bu günə olan məlumata görə, 1 müxbirə qədər azalacaq", – deyə məlumatlı mənbə bildirib.
Mənbə əlavə edib ki, eyni paritet yanaşma BBC Azərbaycanca üçün də tətbiq ediləcək. (trend)
14:14 13.02.2025
Oxunuş sayı: 3748