Qadın çimərlik voleybolçuları Misirə yollanıb

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan
millisi Misirin Hurqa şəhərinə yollanıb.
Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən
məlumat verilib.
Yığma sözügedən ölkədə təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesi fevralın 28-dək davam edəcək.
Komanda toplanış çərçivəsində Afrika qitəsinin çimərlik
voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon”
turnirinə də qatılacaq.(report)
10:03 08.02.2025
Oxunuş sayı: 4878