İran sanksiyaların ləğvi üçün danışıqlara başlamağa hazırdır
İranın xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi ABŞ-nin yeni seçilən prezidenti Donald Trampla danışıqlara dair suala cavab olaraq deyib ki, “İran sanksiyaların ləğvi üçün danışıqlara başlamağa və davam etdirməyə hazırdır”.
“Biz hər zaman buna hazır idik və bu iradə qarşı tərəfdə də olsa, danışıqlar formalaşacaq və nəticə əldə olunacaq. Qarşı tərəf fərqli siyasət və yanaşma tətbiq edərsə, İran da eyni siyasətə uyğun olaraq yanaşmasını düzəldəcək”, - deyə Qəribabadi vurğulayıb.
Onun sözlərinə görə, “dialoqu bərpa etmək və razılığa gəlmək üçün müvafiq imkanlar var”.
13:01 21.01.2025
Oxunuş sayı: 626