Yeni nəsil təhlükəsizlik texnologiyaları: Lockheed Martin-in Avropadakı rolu
Dünyanın sürətlə dəyişən mühitində yeni nəsil təhlükəsizlik texnologiyaları və həlləri hərbi qüvvələrin birgə fəaliyyət göstərməsinə imkan yaradır. Bu kontekstdə, "Lockheed Martin" 75 ildən çoxdur NATO və Avropa ölkələri ilə müdafiə qabiliyyətlərini gücləndirmək üçün əməkdaşlıqlarını davam etdirir.
Şirkətin "Missiles and Fire Control" (Füzə və Atəş Nəzarəti) bölməsi isə Avropadakı tərəfdaşlıqlarını dərinləşdirərək yenilikçi həllərlə təhdidlərin qarşısını almağa və müdafiə qabiliyyətini artırmağa yönəlir. Yeni bağlanmış müqavilələr də bu istiqamətdə mühüm rol oynayır.
"Lockheed Martin Missiles and Fire Control" prezidenti "Tim Cahill" mövzu ilə bağlı bunları qeyd edib: “Sübut olunmuş qabiliyyətlərimizə tələbat heç vaxt olmadığı qədər yüksəkdir. Avropadakı sənaye tərəfdaşlarımızla yerli təchizat zəncirləri quraraq inteqrasiya olunmuş çəkindirici gücümüzü artırırıq. Bu həyati əhəmiyyətli tərəfdaşlıqlar 21-ci əsr təhlükəsizlik vizyonumuzu həyata keçirərək qabaqcıl texnologiyaları daha sürətli və uyğun qiymətə təqdim etməyimizə imkan yaradır.”
"Lockheed Martin"in Avropa müdafiə sənayesinə verdiyi töhfələr çərçivəsində səkkiz əsas əməkdaşlıq həyata keçirilir:
Almaniya ilə GMARS sistemi
"Lockheed Martin" və "Rheinmetall", Almaniya üçün mövcud və müharibədə özünü sübut etmiş komponentlərə əsaslanan bir raket artilleriya sistemi hazırlamaq üçün razılaşma imzalayıb. GMARS (Qlobal Mobil Artilleriya Raket Sistemi) HIMARS platformasına əsaslanır və NATO uyğunluğu, uzun mənzilli dəqiq atəş gücü təqdim edir. Sistem Almaniyada istehsal olunacaq.
Polşada HOMAR-A MLRS istehsalı
"Lockheed Martin" Polşa Müdafiə Nazirliyi ilə HOMAR-A Çox Lüləli Raket Sistemi istehsalı üçün razılaşma əldə edib. 486 ədəd HOMAR-A vasitəsi Polşada yığılacaq və on minlərlə raket sursatı ölkə daxilində istehsal olunacaq.
JASSM-ER raketlərinin satışı
Polşa və Niderland, "Lockheed Martin"in uzun mənzilli JASSM-ER raketlərini almaq üçün ABŞ-ın Xarici Hərbi Satışlar proqramı çərçivəsində razılaşmalar imzalayıb. Bu raketlər F-35 platformalarına inteqrasiya edilərək Avropada əlavə imkan yaradacaq.
PAC-3 MSE raketləri üçün istehsal xətti
Polşada WZL-1 zavodunda PAC-3 MSE raketlərinin buraxılış boruları üçün müasir istehsal xətti qurulub. "Lockheed Martin", bütün lazımi texnologiyanı ötürərək WZL-1-i təsdiq edilmiş təchizatçıya çevirib.
AH-64E helikopterləri və yeni layihələr
Polşa 96 ədəd AH-64E helikopteri və onlara aid TADS/PNVS sistemlərini əhatə edən razılaşma imzalayıb. Bundan əlavə, Polşa müdafiə sənayesini dəstəkləmək üçün ikinci WISLA proqramı çərçivəsində səkkiz yeni layihə başlanılıb.
Rumıniyada HIMARS dəstək mərkəzi
Rumıniyada Avropanın ilk HIMARS Dəstək Mərkəzi açılıb. Bu mərkəz Rumıniya Quru Qoşunları üçün daha aşağı əməliyyat xərcləri ilə hazırlıq səviyyəsini artıracaq.
NATO üçün Sniper pod sistemi
Yeni "Sniper Şəbəkə Əsaslı Hədəfləmə Podu" NATO qüvvələrinə unikal qarşılıqlı fəaliyyət imkanları təqdim edəcək. F-16 və Eurofighter təyyarələrinə inteqrasiya olunan bu sistem müasir döyüş elementləri arasında ani məlumat mübadiləsi apararaq sürətli əməliyyat qərarları qəbul edilməsini mümkün edəcək.
Birləşmiş Krallıq ilə Mako hipersəs raketi
AUKUS tərəfdaşlığı çərçivəsində Birləşmiş Krallıq hipersəs hücum qabiliyyəti inkişaf etdirməyə üstünlük verir. "Lockheed Martin" bu məqsədi dəstəkləmək üçün texnologiya mübadiləsinə və Böyük Britaniyada istehsal olunacaq raketlərin hazırlanmasına fokuslanır.
19:36 19.01.2025
Oxunuş sayı: 2254