Xəbərlər

Trampın nümayəndəsi Netanyahuya təzyiq edib

“Trampın xüsusi nümayəndəsi ilə görüşən Netanyahu əvvəlcə atəşkəsdən imtina edib. Həmçinin həftə sonu Yərusəlim/Qüdsə gələn Trampın xüsusi nümayəndəsi Witkofla görüşdən imtina edib. 

Lakin daha sonra Witkof Netanyahu elə təzyiq edib ki, o evindən çıxıb bazar günü ofisə gəlməyə məcbur qalıb. Tramp şəxsən BİBİ-yə çatdırıb ki, əgər o indi masaya oturmasa onu gələcəkdə ciddi nəticələr gözləyir. Tramp eyni zamanda Netanyahunu BCM-nin həbs orderi qarşısında tək qoymaqla bağlı təhdid edib. 

Netanyahu daha sonra Trampa bildirib ki, o bu addımı atarsa  koalisiya dağıla bilər, lakin Tramp bildirib ki, bu onu az narahat edir və o olmayacaq başqa biri İsrailə rəhbərlik edə bilər. 

Tramp həmçinin Qərbi Şeriya istiqamətində dəstək istəyirsə, Qəzzadan geri çəkilmənin vacibliyini qeyd edib. Netanyahu da Trampla münasibətlərini qorumaq üçün atəşkəsə razılıq vermək məcburiyyətində qalıb”.

NBC News

19:23 19.01.2025

Oxunuş sayı: 2165

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR