Xəbərlər

FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 47 nəfər həbs edilib

Türk Silahlı Qüvvələri FETÖ terror təşkilatına qarşı keçirdiyi “Kıskaç-35” əməliyyatlarında 47 nəfəri saxlayıb. 

Crossmeda.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.

23 vilayətdə iki həftə ərzində davam edən əməliyyatlar zamanı 47 şübhəlinin saxlanıldığını bildirən Yerlikaya, onlardan 33-nün həbs edildiyini, 1 nəfər haqqında isə məhkəmə nəzarəti qərarının verildiyini qeyd edib.

Nazir əlavə edib ki, saxlanılan şəxslər FETÖ terror təşkilatının mövcud strukturu daxilində fəaliyyət göstərmək, taksofonlarla təşkilat daxilindəki məsul şəxslərlə əlaqə qurmaq, terror təşkilatına maliyyə dəstəyi təmin etmək və sosial media hesabları vasitəsilə FETÖ təbliğatı aparmaqda ittiham olunublar.

Yerlikaya, əməliyyatlar zamanı təşkilata aid sənədlərin və rəqəmsal materialların ələ keçirildiyini bildirib. O, “FETÖ rəhbərinin ölümündən sonra da xain terror təşkilatına qarşı mübarizəmizdə heç bir boşluğa yer yoxdur” deyə vurğulayıb.

Nərgiz Camalzadə

13:15 18.01.2025

Oxunuş sayı: 1984

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR