Braziliya Xarici İşlər Nazirliyi Nigeriyanın BRİKS-ə tərəfdaş ölkə kimi qoşulduğunu elan edib
Braziliya Xarici İşlər Nazirliyi 2025-ci il, 17 yanvar tarixində Nigeriyanın BRİKS icmasına tərəfdaş ölkə kimi rəsmi şəkildə qoşulduğunu bəyan edib. Bu barədə Nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilir: “Braziliya hökuməti bu gün, 2025-ci il yanvarın 17-də Nigeriyanın BRİKS-in tərəfdaş ölkəsi kimi rəsmi qoşulduğunu elan edir.”
Braziliya rəsmiləri vurğuladılar ki, BRİKS və Nigeriyanın ümumi maraqları var, çünki Afrika respublikası assosiasiya kimi qlobal cənub ölkələri arasında əməkdaşlığın gücləndirilməsini fəal şəkildə təşviq edir və beynəlxalq təşkilatlarda islahatların aparılmasını müdafiə edir.
03:32 18.01.2025
Oxunuş sayı: 1260