Xəbərlər

Hindistan kosmosa peyk yerləşdirən dördüncü ölkə oldu

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO), 15 yanvarda iki peykin uğurla birləşdirildiyini elan edərək tarixi bir uğura imza atdı. Hindistan, ABŞ, Rusiya və Çindən sonra bu texnologiyanı tətbiq edə bilən dördüncü ölkə oldu.

SpaDeX (Kosmik Birləşmə Təcrübəsi) adlı bu missiya, Hindistanın öz texnologiyasından istifadə edərək iki peykin avtomatik şəkildə birləşdirilməsini sınaqdan keçirmək üçün hazırlanmışdır. 30 dekabrda PSLV raketi ilə kosmosa buraxılan missiya çərçivəsində "Target" və "Chaser" adlanan iki peyk əvvəlcə bir-birinə yaxınlaşdırılıb, sonra isə uğurla birləşdirilib.

Birləşmə prosesi əvvəlcə 6 yanvar tarixinə planlaşdırılsa da, əlavə testlər səbəbilə təxirə salınıb və 15 yanvarda uğurla tamamlanıb. ISRO, bu nailiyyətin gələcək Ay missiyaları, kosmik stansiya layihələri və çoxlu raket buraxılışları üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Hindistanın uzunmüddətli hədəfləri arasında 2028-ci ildə Ay nümunələrinin toplanması üçün "Chandrayaan-4" missiyası və 2035-ci ilədək "Bharatiya Antariksh Station" adlı kosmik stansiyanın tikintisi var. Bu uğur Hindistanın kosmosdakı texnoloji imkanlarını yeni səviyyəyə qaldırır.

Sevinc Abuşova

13:26 17.01.2025

Oxunuş sayı: 2286

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR