Xəbərlər

İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının mətni yayılıb

İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının mətni yayılıb. 

Razılaşma bir neçə mərhələdən ibarətdir və tərəflər arasında davamlı sakitliyə nail olmaq, girovların və əsirlərin mübadiləsini həyata keçirmək, həmçinin humanitar vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır.

Razılaşmanın əsas maddələri:

1 İkinci mərhələyə hazırlıq:

Tərəflərin məqsədi 27 may 2024-cü il tarixli müqaviləyə əsasən girovların və əsirlərin mübadiləsini həyata keçirmək və daimi atəşkəs üçün yekun konsensusa nail olmaqdır. Bu müddətdə birinci mərhələdə qəbul edilən prosedurlar davam etdiriləcək.

2 İsrail qoşunlarının çıxarılması:

İsrail qoşunları Qəzza zolağının sıx məskunlaşmış ərazilərindən çıxarılacaq. Əsas qüvvələr müəyyən ərazilərdən 700 metr məsafədə yerləşdiriləcək və yalnız 5 xüsusi məntəqədə əlavə mövcudluq saxlanılacaq.

3 Məhkumların dəyişdirilməsi:

Müxtəlif qruplardan olan girovların və əsirlərin qarşılıqlı mübadiləsi həyata keçiriləcək.

Xüsusi siyahılarda adı olan xəstə və yaşlı fələstinli məhbuslar azad ediləcək.

Mübadilə nisbətləri tərəflər arasında razılaşdırılmış qaydada həyata keçiriləcək.

4 Filadelfiya dəhlizi:

İsrail qüvvələri birinci mərhələnin sonunda bu dəhlizdən tədricən geri çəkiləcək.
Geri çəkilmə prosesi son girovun azad edilməsindən 42 gün sonra başlanacaq və 50-ci gündən gec olmayaraq başa çatdırılacaq.

5 Rəfah sərhəd keçid məntəqəsi:

Keçid mülki şəxslər və yaralılar üçün açılacaq.

İsrail bu prosesin vaxtında baş tutmasını təmin etməyə çalışacaq.

Hər gün müəyyən sayda yaralı sərhədi keçə biləcək.

6 Xəstə və yaralı mülki şəxslərin çıxarılması:

Rəfah keçidi vasitəsilə xəstə və yaralı mülki şəxslərin sərhədi keçməsinə icazə veriləcək.

7 Silahsız məcburi köçkünlərin geri qaytarılması:

Məcburi köçkünlər üçün müəyyən dəhlizlər açılacaq və yoxlamasız hərəkətə icazə veriləcək.

7-ci və 22-ci günlərdə qayıdış üçün xüsusi yollar təmin ediləcək.

8 Humanitar yardım:

Humanitar yardımlar razılaşdırılmış protokol əsasında həyata keçiriləcək və vasitəçilərin nəzarəti altında olacaq.

10:51 16.01.2025

Oxunuş sayı: 1754

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR