Xarici xəbərlər

Sergey Lavrov: "Bu, iki dövlətin suveren qərarıdır"

Rusiya tərəfi Ermənistanla ABŞ arasında imzalanacaq strateji tərəfdaşlıq haqqında razılaşmaya fikir bildirib.

Sergey Lavrov vurğulayıb ki,  "Birincisi, bu, iki dövlətin suveren qərarıdır, ikincisi, əsas olan sənədin başlığı deyil, bu sənəddən irəli gələnlərdir".

"Rusiyanın da Qərb dövlətləri ilə çox sayda razılaşmaları olub və onlar strateji tərəfdaşlıq müqavilələri kimi qiymətləndirilib. Lakin bu müqavilələr heç vaxt tərəflərdən üçüncü ölkələrə qarşı hərəkət etməyi tələb etməyib"- deyə Rusiya tərəfi bildirib.

17:21 14.01.2025

Oxunuş sayı: 5389

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR