CROSSMEDIA - Rusiyalı yaradıcı şəxslərə sevimli işlərindən varlanmaq şansı verilir – kim onlara kömək edir?
Xarici xəbərlər

Rusiyalı yaradıcı şəxslərə sevimli işlərindən varlanmaq şansı verilir – kim onlara kömək edir?

Rusiyada yaradıcı iqtisadiyyatın inkişafına dəstək göstərən Strateji Təşəbbüslər Agentliyi (STA) ölkədə kreativ layihələrin həyata keçirilməsində mühüm rol oynayır. 2023-cü ildə Agentlik tərəfindən "Kreativ sənayelərin inkişafı haqqında" qanun layihəsi hazırlanıb və bu standart artıq 50-dən çox regionda tətbiq olunur. Hökumətin məqsədi 2030-cu ilə qədər kreativ sənayelərin ÜDM-dəki payını 6%-ə çatdırmaqdır. 

"Vıksa-fest" layihəsi
Nijni Novqorod vilayətinin Vıksa şəhərində keçirilən "Vıksa-fest" müasir mədəniyyət festivalı şəhərin kreativ mərkəzə çevrilməsinə təkan verib. Festival çərçivəsində Şuxov parkı, sənaye muzeyi və art-rezidensiya açılıb. 2017-ci ildə istifadəyə verilmiş art-rezidensiya rəssamların ideyalarını həyata keçirməsi üçün platforma təmin edir. Bu layihə şəhərə minlərlə turist cəlb edərək iqtisadi və sosial aktivliyi artırıb.

Sergey Sysoyev moda evi
Tanınmış rusiyalı dizayner Sergey Sysoyev rus moda sənayesinin inkişafı üçün “Moda Məktəbi” layihəsini həyata keçirir. O, Moskva Kosıgin Universiteti ilə birgə “Sergey Sysoyev Moda Məktəbi”ni təsis edib. Məktəb praktiki tədrisə yönəlib və burada gənc dizaynerlər moda sənayesinin hüquqi, texnoloji və yaradıcılıq tərəflərini öyrənirlər. Layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Kalininqrad və digər şəhərlərdə sərgilər və moda nümayişləri təşkil olunur.

"Ekstra Sine" kinoteatrları
Yakutiyada “Ekstra Sine” texnologiyası ilə 40 yeni kinoteatr açılıb. Bu innovativ layihə kiçik yaşayış məntəqələrində kinoteatrların qurulmasını mümkün edib. Müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrlar artıq 70 mindən çox sakin üçün əlçatandır. Prezident Vladimir Putin layihəni dəstəkləyib və ölkə üzrə daha çox kinoteatr açılmasını təşviq edir.

"INCRUA" və "MORWOOD" brendləri
Mordoviyada fəaliyyət göstərən "Yuxarı Almanax" adlı ailəvi şirkət minillik mor ağacından dekorativ əşyalar və zərgərlik məmulatları istehsal edir. Bu nadir material yüksək dayanıqlığı və unikal görünüşü ilə fərqlənir. Şirkət, həmçinin, uşaqlar üçün yaradıcı potensiallarını inkişaf etdirmək məqsədilə xüsusi təhsil proqramları təklif edir. 

Strateji Təşəbbüslər Agentliyi bu layihələrin dəstəklənməsi ilə Rusiyada kreativ iqtisadiyyatın inkişafına təkan verir, həmçinin yaradıcı şəxslərin ideyalarını reallaşdırmalarına və məşhurlaşmalarına yardımçı olur.

Emil Bağızadə 

19:10 11.01.2025

Oxunuş sayı: 4208

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR