CROSSMEDIA - Türkiyə ilə Özbəkistan arasında səhiyyə sahəsində əməkdaşlıq
Xarici xəbərlər

Türkiyə ilə Özbəkistan arasında səhiyyə sahəsində əməkdaşlıq

Səhiyyə Nazirliyinin Beynəlxalq Səhiyyə Xidmətləri Baş İdarəsinin nümayəndə heyəti əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə Özbəkistanda səfərdədir. Heyətə İdarənin baş direktoru Behlül Ünver, Türkiyə Sağlamlıq Elmləri Universitetinin rektoru Kemalettin Aydın və digər şəxslər daxildir.

Özbəkistanın Namanqan və Fərqanə şəhərlərinin qubernatorları ilə keçirilən görüşlərdə Türkiyənin səhiyyə sahəsində əldə etdiyi nailiyyətlər, təcrübə və Özbəkistanla birgə həyata keçirəcəyi layihələr barədə məlumat verilib.

Görüşlər zamanı Türkiyənin səhiyyə sahəsində təcrübəsinin Özbəkistanda tətbiqi ilə bağlı ilkin plan hazırlanıb. Bildirilib ki, Beynəlxalq Səhiyyə Xidmətləri Baş İdarəsi olaraq Özbəkistanda tibb kadrlarının hazırlanması, qarşılıqlı təcrübə proqramları və yeni tibbi cihazların istifadəsi üzrə seminarlar üzrə əməkdaşlığa hazırdır. 

Görüşlərdə Türkiyə ilə Özbəkistan arasında gələcəkdə həyata keçiriləcək birgə layihələr nəticəsində ortaq xəstəxananın yaradılması barədə də fikirlər səsləndirilib.

20:12 10.01.2025

Oxunuş sayı: 3148

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR