Ermənistan hökuməti ehtiyatda olan hərbiçiləri təlimlərə cəlb edir
Ermənistanda 2025-ci il fevralın 4-dən aprelin 18-dək ehtiyatda olan hərbiçilərin təlimləri keçiriləcək.
Bununla bağlı qərar yanvarın 9-da Ermənistan hökumətinin iclasında qəbul edilib. Hazırda təlim-məşq toplanışının məqsədləri, ehtiyatda olan hərbçilərin tərkibi, ümumi sayı, ixtisaslar müəyyənləşdirilir. Təlim-məşq toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb edilməlidir. Ehtiyatda olan hərbçilərin hansı məqsədlə təlimlərə cəlb olunmalarının məqsədi barədə məlumat verilmir.
Bəzi ekspertlərin fikrincə, Ermənistan hökumətinin bu qərarı regionda gərginliyin artmasına səbəb olacaq. Çünki Ermənistanın yenidən müharibəyə başlamayacağına heç bir qarantiya yoxdur.(Azərtac)
10:48 09.01.2025
Oxunuş sayı: 3988