Əsəd Britaniya kəşfiyyatına çalışırmış
Londonda doğulan Əsma Əsədin 1994-cü ildən İngiltərə kəşfiyyatına xidmət etdiyi və tez-tez MI5 yetkililəri ilə görüşlər keçirdiyi bildirilir.
Yayılan sənədlərdə Əsma Əsədin MI5 məxfi xidmətinin zabiti Eliza Manningham-Buller ilə "Chesterfield Mayfair" otelində görüşdüyü qeyd olunur.
Görüşə Bəşər Əsədin də qatıldığı iddia edilir. Həmçinin 1994-cü ildə Əsma Əsədin atası Dr. Favaz Al-Akhrasın Aktondakı evində xüsusi toplantı keçirildiyi və orada Suriya-İsrail münasibətlərinin müzakirə olunduğu qeyd edilir.
04:40 09.01.2025
Oxunuş sayı: 3496