CROSSMEDIA - Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxmalar qeydə alınıb
Xarici xəbərlər

Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxmalar qeydə alınıb

Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti teleqramda məlumat yayıb.

Məlumata görə, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.

Bundan başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 002 335 respirator viruslar ARVI və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb. (report)

15:26 05.01.2025

Oxunuş sayı: 3802

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR