CROSSMEDIA - Ukrayna ordusu Kurskda bir neçə istiqamətdə əks-hücuma başlayıb
Xarici xəbərlər

Ukrayna ordusu Kurskda bir neçə istiqamətdə əks-hücuma başlayıb

Ukrayna müdafiə qüvvələri Kursk bölgəsində bir neçə istiqamətdə əks-hücuma keçib. Bu barədə Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko özünün teleqram səhifəsində bildirib.

Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak da teleqram səhifəsində Ukrayna qüvvələrinin Rusiya ərazisindəki uğurlarından yazıb.

“Kursk bölgəsindən yaxşı xəbər, Rusiya layiq olduğu cavabı alır”, - deyə Yermak əlavə edib. (Azərtac)

15:24 05.01.2025

Oxunuş sayı: 3996

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR