CROSSMEDIA - Alessandro Slebir 32 metrlik dalğanı fəth edərək rekord qırmağa yaxınlaşdı
Xarici xəbərlər

Alessandro Slebir 32 metrlik dalğanı fəth edərək rekord qırmağa yaxınlaşdı

Kaliforniya ştatının Santa-Kruz şəhərindən olan 23 yaşlı sörfçü Alessandro Slebir Mavericks bölgəsində, Half Moon Bay yaxınlığında 32 metrlik nəhəng dalğanı fəth edib. Bu uğur onun əvvəlki 26 metrlik dünya rekordunu keçdiyini göstərir.

Lakin rekordun rəsmi təsdiqi hələ aparılmayıb. Mavericks xilasetmə komandasının üzvü Frenk Kirarte bildirib ki, dalğanın ölçüsünün dəqiq qiymətləndirilməsi vaxt tələb edir.

Əvvəlki dünya rekordu 2020-ci ildə Portuqaliyanın Nazare sahillərində Sebastian Steudtner tərəfindən qeydə alınmışdı.

Slebir isə bu dalğanı həyatında gördüyü ən böyük dalğa adlandırıb. Fotoları görən sörfçülər artıq bu uğuru qeyri-rəsmi rekord kimi qəbul edirlər.

Alessandro Mavericks-də sörfə 14 yaşında başlayıb və bu dəfə rekord cəhdi üçün 7 saat fasiləsiz çalışıb. Yeni rekord təsdiqlənərsə, bu, sörf tarixində mühüm hadisə olacaq.

15:01 05.01.2025

Oxunuş sayı: 2572

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR