CROSSMEDIA - Çində yeni ölümcül virus yayılıb
Xarici xəbərlər

Çində yeni ölümcül virus yayılıb

Çində yeni yayılan Meta.pnevmo.virus (hMPV) ilə bağlı narahatlıq artır. Covid-19-a bənzər simptomlar – titrəmə, öskürək, boğaz ağrısı, halsızlıq və başgicəllənmə ilə müşayiət olunan virus ölkədə bir çox bölgədə ciddi təsir göstərir.

Xəstəxanalarda, xüsusilə uşaq palatalarında sıxlıq müşahidə olunur. Bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilməsi ilə bağlı xəbərlər yayılsa da, hələlik rəsmi təsdiq verilməyib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, virus artıq Böyük Britaniyada da qeydə alınıb. Mütəxəssislər bu yeni virusun qlobal miqyasda yayılma riskinə diqqət çəkərək ictimai səhiyyə tədbirlərinin vacibliyini vurğulayırlar.

13:25 05.01.2025

Oxunuş sayı: 5146

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR