CROSSMEDIA - Səfirdən Baydenə 14 min dollarlıq hədiyyə
Xarici xəbərlər

Səfirdən Baydenə 14 min dollarlıq hədiyyə

Vaşinqton Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova keçən il birinci xanım Cill Baydenə 14 min dollardan çox dəyəri olan broş hədiyyə edib. Bu hadisə ABŞ-ın Ukrayna hökumətinə milyardlarla dollar yardım ayırdığı dövrə təsadüf edir.

Hədiyyə, Cill Baydenin 2023-cü ildəki "İttifaqın vəziyyəti" çıxışına qatıldığı gün təqdim olunub. Federal sənədlərdə qeyd edilir ki, “hədiyyəni qəbul etməmək donor və ABŞ hökuməti üçün utandırıcı olardı.”

Hadisə Respublikaçı konqres üzvləri tərəfindən tənqid olunub və Markarovanın fəaliyyətinə qarşı narazılıq artır.

Emil Bağızadə

08:38 05.01.2025

Oxunuş sayı: 2887

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR