Sabiq baş nazir İmran Xanın Banigalaya və ya başqa yerə köçürülməsi təklifi rədd edilib
Hökumət nümayəndələri ölkədə siyasi gərginliyi azaltmaq üçün davam edən danışıqlar fonunda həbsdə olan sabiq baş nazir İmran Xanın Adiala həbsxanasından Banigalaya və ya başqa yerə köçürülməsi təklifini irəli sürmədiklərini deyiblər. İmran Xanın vəkili və bacısının belə bir təklif etdiyi ilə bağlı səslənən iddialarından sonra rəsmilər açıqlama veriblər.
İmran Xanın Banigala iqamətgahına köçürülməsi üçün bir razılaşma təklif edildiyi iddia olunur.Lakin, İmranın bacısı Aleema Xan da Banigalada ev dustaqlığı təklifli etmədiklərini söyləyib. Hökumət və İmran Xan nümayəndələri iki dəfə bu mövzuda görüş keçirsələr də nəticə alınmayıb.
Siyasi şərhçilərin fikrincə, tərəflərin iddiaları və açıqlamaları arasındakı uyğunsuzluq nəticənin əldə olunmasına maneçilik törədir. Onlar hesab edirlər ki, danışıqların gələcəyi qeyri-müəyyən olaraq qalır və razılaşma əldə olunması hər iki tərəfin fikir ayrılıqlarını aradan qaldırmaq, ümumi dil tapmaq istəyindən asılıdır.
03:55 04.01.2025
Oxunuş sayı: 3632