ABŞ Dövlət katibi Avropa və Asiya səyahətinə çıxır
Amerikanın dövlət katibi Antoni Blinken Cənubi Koreya, Yaponiya və Fransaya səfər edəcək. Bu onun daşıdğı mandat çərçivəsində sonuncu səfəri ola bilər. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir .
Blinken yanvarın 4-dən 9-dək səyahət edəcək. Cənubi Koreyada o, Vaşinqtonun Seulla müttəfiqliyə sadiqliyini təsdiqləmək üçün ölkə rəhbərliyi ilə görüş keçirməyi planlaşdırır.
Bundan əlavə, tərəflər Hind-Sakit okean regionunda ümumi maraqlar çərçivəsində Tokio ilə üçtərəfli səylərin mümkünlüyünü müzakirə edəcəklər. Yaponiyada Blinken ikitərəfli, regional və qlobal gündəmi, Fransada isə Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.
Bundan əvvəl Blinken Vaşinqtonda Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı narahatlığın artdığını bildirib . O vurğulayıb ki, Rusiyanın belə planların olmadığına dair təminatlarına baxmayaraq, vəziyyət ciddi və təhlükəli kimi qəbul edilir.
02:19 04.01.2025
Oxunuş sayı: 4265