Cybertruck partlayışında şübhəli bilinən şəxsin Trampla əlaqəsi məlum olub
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) hesab edir ki, Donald Trampın Las-Veqasdakı otelində Cybertruck partlayışında şübhəli bilinən şəxsin ona qarşı pis niyyəti olmayıb. Bu barədə “Reuters” FTB nümayəndəsinə istinadən yazır.
Elektrikli avtomobilin partladılmasında şübhəli bilinən Metyu Livelsbergerin travma sonrası stress pozğunluğundan əziyyət çəkdiyi iddia edilir. Bununla belə, o, ABŞ-ın yeni seçilmiş prezidenti Trampı “bəyənmirdi”. FTB sözçüsü onu da aydınlaşdırıb ki, müstəntiqlərin Nyu Orlean, Luiziana və Las-Veqasdakı terror aktları arasında əlaqə olmasını təsdiqləmirlər.
Bundan əvvəl New York Post qəzeti yazmışdı ki, Donald Trampın oteli yaxınlığında Tesla Cybertruck-un partladılmasına səbəb şübhəlinin həyat yoldaşından ayrılması ola bilərdi. Eyni zamanda, Federal Təhqiqatlar Bürosu hələ də cinayətin siyasi motivini nəzərdən keçirir.
Yanvarın 1-də Las-Veqasda "Trump International Hotel"in yaxınlığında avtomobil partladılıb. Avtomobilin sürücüsü Metyu Livelsberger partlayışdan sağ çıxa bilməyib. Hadisə Nyu Orleandakı terror aktı ilə eyni gündə baş verib.
22:08 03.01.2025
Oxunuş sayı: 3514