İsrailin müdafiə naziri HƏMAS-ı "Qəzzada uzun müddətdir görülməyən hücumlarla" hədələyib
İsrailin müdafiə naziri Yisrael Katz HƏMAS-ı "Qəzzada uzun müddətdir görülməyən güclü hücumlarla" vurmaqla hədələyib. Yedioth Ahronoth qəzetində yer alan xəbərə görə, Katz gecə saatlarında Qəzza zolağından atılan raketlərin hədəfi olan İsrailin cənubundakı Netivot qəsəbəsini təftiş edib.
Qəzza zolağında saxlanılan israilli məhbuslara diqqət çəkən Katz, “İsrailin uzunmüddətli güzəştlərə getmək istəyinə baxmayaraq, HƏMAS qaçırılan israillilərin yaxın gələcəkdə azad edilməsinə icazə verməsə və hücumlarını davam etdirsə, güclü hücumlarla üzləşəcək”, deyib.
Katz, İsrailli məhbusları azad edənə və HƏMAS-ı məğlub edənə qədər Qəzzada hərbi əməliyyatları artıracaqlarına diqqət çəkib.
05:04 02.01.2025
Oxunuş sayı: 3347