Rusiyada bu şəxslər cərimələnəcəklər
Rusiya Federasiyasında 5 fevral 2025-ci il tarixindən etibarən nəzarət edilən şəxslərin reyestrindən əcnəbilərə xidmət göstərənlərə 2 mindən 500 min rubla qədər cərimələr tətbiq ediləcək. Bu, müvafiq qanunda əksini tapıb.
Beləliklə, fevralın 5-də ölkədən çıxarılma miqrasiya rejimini tətbiq edən qanun qüvvəyə minir - Rusiyada qalma üçün qanuni əsas olmayan əcnəbilərə tətbiq edilən hüquqi rejim. Bu kateqoriyadan olan bütün xarici vətəndaşlar Rusiya Federasiyasından çıxarılmadan (deportasiya və ya könüllü getmə) və ya ölkədə hüquqi vəziyyət tənzimlənənə qədər nəzarət edilən şəxslərin reyestrinə daxil edilməlidir.
Qanun qüvvəyə mindiyi andan miqrantlara, nəzarət edilən şəxslərin reyestrinə düşməli olanlara qadağan edilmiş xidmətlər göstərənlər inzibati məsuliyyətə cəlb edilir. Cərimə vətəndaşlar üçün 2 mindən 5 min rubla qədər, vəzifəli şəxslər üçün 35 mindən 50 min rubla qədər, şirkətlər üçün 400 mindən 500 min rubla qədər olacaq.
04:17 02.01.2025
Oxunuş sayı: 3276