CROSSMEDIA - Mask bildirib ki, Cybertruck partlayışı terror hücumu ola bilərdi
Xarici xəbərlər

Mask bildirib ki, Cybertruck partlayışı terror hücumu ola bilərdi

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərindəki 64 mərtəbəli Trump İnternational otelinin qarşısında elektriklə işləyən Cybertruck pikapının partlaması çox güman ki, terror aktı idi. Bu barədə Tesla-nın qurucusu, amerikalı milyarder İlon Mask bildirib.

"Bu, çox güman ki, terror aktıdır" deyə o, X-də yazıb. Mask, çərşənbə günü Luiziana ştatının Yeni Orlean şəhərində piyadaların keçdiyi küçədə izdihamın üzərinə sürən Cybertruck və Ford pikapının Turo xidməti vasitəsilə icarəyə götürüldüyünü qeyd etdi .

"Ola bilsin ki, bunlar bir-birinə hansısa bir formada bağlıdır" deyə Mask açıqlayıb.

01:23 02.01.2025

Oxunuş sayı: 4068

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR