ABŞ xüsusi xidmət orqanları ilə Taliban arasında müzakirə
ABŞ Əfqanıstanda hərbi bazasını açmağa hazırlaşır. Yanvarın 2-də bu məsələ Qətərdə ABŞ xüsusi xidmət orqanları və Taliban arasında müzakirə ediləcək.
Artıq MKİ heyəti ilə Taliban nümayəndə heyəti Dohadadır. 2020-ci ildə Trump administrasiyası və Taliban arasında razılaşmaya əsasən ABŞ Durand xəttini (Pakistanla mübahisəli ərazi) Talibanın nəzarətinə verəcək, qarşılığında ABŞ-ın Əfqanıstan ərazisində bazası olmalıdır. Əgər bazanın açılmasına razılıq olmasa bunun Taliban üçün nəticələri olacaq.
17:08 01.01.2025
Oxunuş sayı: 3882