Səudiyyə Ərəbistanının İrandakı səfiri XİN-ə çağırılıb
İran Xarici İşlər Nazirliyinin Konsulluq Nazirliyinin baş direktoru Kərimi Şəsti Səudiyyə Ərəbistanında narkotik ticarəti ittihamı ilə həbsdə olan 6 İran vətəndaşının edam edilməsi xəbərinə cavab olaraq, İran Xarici İşlər Nazirliyinin sərt etirazını səfirə çatdırıb və deyib:
"Bir neçə il əvvəl bu şəxslər Səudiyyə Ərəbistanına narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə bu ölkənin məhkəmə sistemi tərəfindən edam cəzasına məhkum edilmişdilər və bu müddət ərzində Xarici İşlər Nazirliyi onlara konsulluq xidmətlərinin göstərilməsi və elan edilən cəzanın yüngülləşdirilməsi üçün davamlı səy göstərmişdir. Buna baxmayaraq, səfirliyə əvvəlcədən xəbərdarlıq edilmədən edam hökmlərinin icrası heç bir şəkildə qəbul edilmir və beynəlxalq hüququn norma və standartlarını, o cümlədən Konsulluq Əlaqələri Konvensiyasının tələbini pozur".
17:04 01.01.2025
Oxunuş sayı: 3728