CROSSMEDIA - Bloomberg: Avropa İttifaqında qaz ehtiyatları tranzitin dayanması fonunda sürətlə azalır
Xarici xəbərlər

Bloomberg: Avropa İttifaqında qaz ehtiyatları tranzitin dayanması fonunda sürətlə azalır

Rusiya qazının Ukrayna vasitəsilə tranzitinin dayandırılması Avropanın enerji təhlükəsizliyi problemini daha da aktuallaşdırıb. Bu barədə Bloomberg məlumat yayıb.

“Rusiya qazının tədarükünün dayandırılması, Mərkəzi Avropanın bir neçə ölkəsinin daha bahalı qazı digər mənbələrdən axtarmasına səbəb olacaq. Bu, bölgədə qaz tədarükünə təzyiqi artırır. Hazırda isə qış mövsümündə ehtiyatlar son illərin ən sürətli templəri ilə tükənir,” — deyə məqalədə bildirilir.

Financial Times-ın daha əvvəl Gas Infrastructure Europe sənaye təşkilatına istinadən verdiyi məlumata görə, soyuq qış və dəniz yolu ilə qaz idxalının azalması fonunda Avropa İttifaqı qaz anbarlarını sürətlə boşaldır. Məlumata görə, sentyabrın sonundan dekabrın ortalarına qədər Aİ-də qaz ehtiyatları təxminən 19% azalıb. Son iki ildə isə eyni dövrdə azalma yalnız birrəqəmli faizlərlə ölçülüb.

Bu, enerji böhranının üç il əvvəlki zirvə nöqtəsindən bəri ən kəskin azalmadır. Tranzitin dayandırılması və digər amillər qaz bazarlarında təzyiqləri artırır, bu isə həm qiymətlərə, həm də enerji tədarükünə təsir göstərir.

15:28 01.01.2025

Oxunuş sayı: 4428

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR