CROSSMEDIA - Bloomberg: “ Əli Şəmxaninin oğlu beynəlxalq bank sisteminə çıxış əldə edib” 
Xarici xəbərlər

Bloomberg: “ Əli Şəmxaninin oğlu beynəlxalq bank sisteminə çıxış əldə edib” 

“Bloomberg” nəşri xəbər verib ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və hazırda ali rəhbər Əli Xameneyinin müşaviri Əli Şəmxaninin oğlu Hüseyn Şəmxani Dominikaya sərmayə yatırmaqla vətəndaşlıq proqramlarından, habelə Vaşinqtondakı lobbiçilik firmasından sanksiyalardan yayınmaq və İrandan kənarda daşınmaz əmlak almaq da daxil olmaqla, böyük iqtisadi mənfəət əldə etmək məqsədi ilə istifadə edib. 

Məlumata görə, Hüseyn Şəmxani Dominika vətəndaşlığı vasitəsilə beynəlxalq bank sisteminə çıxış əldə edib və BƏƏ, eləcə də Vaşinqtonda qurduğu kanallar vasitəsilə çıxışını qoruyub. 

Qeyd olunub ki, İran silahlarının Rusiyaya çatdırılmasına Hüseyn Şəmxaninin şəbəkəsindəki əsas qurumlar cavabdeh olub. (Amerikanın Səsi)

13:33 01.01.2025

Oxunuş sayı: 4662

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR